sedanews.az
sedanews.az

Milli Hüquq Evinin rəhbəri, hüquqşünas Nicat Gözəlov 55 yaşında koronavirusdan vəfat edib

30-03-2021, 13:40 747 dəfə baxılıb

Nekroloq


Milli Hüquq Evinin rəhbəri, hüquqşünas Nicat Gözəlov 55 yaşında koronavirusdan vəfat edib. 

Nicat Gözəlov ölkədə hüquq islahatların nizamlanmasında və hüquqi cəmiyyətin formalaşmasında ümdə vəzifələr daşımış, üzərinə düşən məsuliyyəti dərindən dərk etmiş, bu istiqamətdə tövsiyə və təşkilatçılığını əsirgəməmişdir. 

Nicat Gözəlovun rəhbəri olduğu Milli Hüquq Evi fəaliyyəti dövründə 500-ə qədər ödənişsiz maarifləndirici tədbirin keçirilməsinə təşkilati dəstək vermiş, imkansız ailələrə hüquqi yardım göstərmişdir. O, dəfələrlə şəxsi Feysbuk hesabında canlı yayımlar edərək əhalini narahat edən məsələlərlə bağlı ətraflı izahlar vermiş və bu, maraqla qarşılanmışdır.

Bir müddət əvvəl “Nicatımız Milli Barışdadır!” seçki şüarı ilə parlament seçkilərinə qatılan Nicat Gözəlov Azərbaycan və rus dillərində sərbəst danışırdı.

İctimai fəal, Dünya Azərbaycanlıları Assambleyasının Azərbaycan üzrə koordinatoru, “Bilik” Fondunun lektoru, 20 ildən çox hüquq müdafiəçisi kimi fəaliyyət göstərmiş Nicat Gözəlovun əsas məqsədi vətəndaşların hüquqi maarifləndirilməsi, hüquqi cəmiyyət uğrunda onların hüquqi biliklərinin artırılması, imkansız və ehtiyacı olanlara hüquqi və psixoloji yardım göstərilməsi idi.

N.Gözəlovun rəhbəri olduğu Milli Hüquq Evində gənc hüquqşünasların təcrübi biliklər əldə etmələri üçün peşəkarların ictimai əsaslarla təlim və seminarları keçirilirdi, həmçinin vəkillik, prokurorluq, dövlət qulluğu və digər sahələrdə hazırlıq kursları fəaliyyət göstərirdi və minlərlə insana ödənişsiz hüquqi yardım edilirdi. 

Milli Hüquq Evi hər kəsin evi olaraq, cəmiyyət üçün mühüm və əhəmiyyətli hadisələrlə bağlı vətəndaş cəmiyyəti üzvlərinin toplantılarına ev sahibliyi edirdi, müxtəlif layihələrin həyata keçirilməsində gənclərə dəstək verirdi.

Onlarla məqalənin müəllifi, ictimai həyatda və sosial şəbəkədə fəal olan Nicat Gözəlov bir çox siyasi-ictimai təşəbbüslərin iştirakçısı və əlaqələndiricisi idi.

Allah rəhmət eləsin!


1.Bahar Abbasova 

2. Xaliq Laçınlı

3.Səmayə Güləliqızı 

4. Pəri Muradova 

5.Məlahət Yusifqızı

6.Vüsal Ağayev

7. Müralib Tahiroğlu 

8. Aləmzər Sadıqqızı 

9. Esmira Məmmədova

10. Cavanşir Əsgə

11. Şəfəq Sahibli 

12. Narıngül Nadir

13. Gülpəri Əhmədova 

14. Sülhiyyə Musaqızı 

15. Nuridə Misir 

16. Nailə müəllimə

17. Sənan Çıraq

18.Mayıl Məmmədli 

19.Əzizə Ağahüseynqızı

20.Qəzənfər Məsimoğlu

21.Səxavət Talıblı

22. Aybəniz Qafarlı

23. Səadət Kamilqızı

24. İdris Babayev

25.Əfşan Yusif qızı 

26.Mehman Göytəpəli






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA