sedanews.az
sedanews.az

Bakıda 2 beynəlxalq sərgi keçiriləcək

16-05-2022, 10:42 81 dəfə baxılıb




    Mayın 18-dən 20-dək Bakı Ekspo Mərkəzində 15-ci Yubiley Azərbaycan Beynəlxalq “Kənd təsərrüfatı” Caspian Agro və 27-ci Azərbaycan Beynəlxalq “Qida Sənayesi” InterFood Azerbaijan sərgiləri keçiriləcək.
    Bu il sərgidə iştirakçılar arasında Azərbaycan, Gürcüstan, İsrail, İspaniya, İtaliya, Hollandiya, Rusiya, ABŞ, Türkiyə və Ukrayna şirkətləri var. İştirakçıların tam siyahısı ilə https://caspianagro.az/ rəsmi saytında tanış olmaq olar. Sərgidə yüksək rütbəli qonaqların da iştirakı gözlənilir. Yeni Smart Agro istiqaməti çərçivəsində: Ağıllı Kənd, Əşyaların İnterneti, Süni İntellekt, IT xidmətləri, Pilotsuz uçuş aparatları (Dronlar), eləcə də Robot kompleksləri kimi sektorları əhatə edəcək.   Sərginin üç günü ərzində kənd təsərrüfatı sektorunda innovativ texnologiyalar fəal şəkildə müzakirə olunacaq. Eyni mövzu sərginin işgüzar proqramında da öz əksini tapacaq. Mayın 18-də Bakı Ekspo Mərkəzində “Smart Agro: “Kənd Təsərrüfatında İnnovasiyaların təbliği” konfransı keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA