Sizin reklam burada728x90
Son dəqiqə:
» » Baş nazir bələdiyyə seçkisində səs verib

Baş nazir bələdiyyə seçkisində səs verib

29.01.2025, 14:36 Gündəm Çap et

Azərbaycanın Baş naziri Əli Əsədov 7 saylı Səbail seçki dairəsinin 2 saylı seçki məntəqəsində səs verib.
sedanevs.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləridir. Səsvermə ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 seçki məntəqəsində keçirilir. Bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var və 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır. Səsvermə 19:00-a qədər davam edəcək.