sedanews.az
sedanews.az

Rəşad Mahmudov: Bəzi özəl klinikalar keyfiyyətsiz tibbi xidmətlər təqdim edir

Bugün, 16:42 81 dəfə baxılıb


Bəzi özəl tibb müəssisələri yoxlamaların dayandırılmasından sui-istifadə edərək keyfiyyətsiz və sertifikatsız tibbi xidmətlər təqdim edirlər.
sedanevs.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov parlamentin yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında deyib.
Onun sözlərinə görə, yoxlamaların dayandırılması bəzi özəl tibb müəssisələrində gigiyena, xidmət keyfiyyəti və peşəkar standartların aşağı düşməsinə səbəb olub:
"Hazırda saxta və standartlara cavab verməyən tibb müəssisələrinin çoxaldığını müşahidə edirik. Təbii ki, ölkədə kifayət qədər yüksək səviyyədə xidmət göstərən tibb müəssisələri var. Ancaq yoxlamaların dayandırılmasından sui-istifadə edərək nəzarətsiz qalan tibb müəssisələrinin addımları ölkədə cəmiyyətlə tibb sahəsi mütəxəssisləri arasında uçurumlar yaranmasına səbəb olur".
Deputat bildirib ki, tibb müəssisələrinin yoxlamaların dayandırılmasından sui-istifadə etməsi hallarının aradan qaldırılması üçün müzakirələrin aparılmasına, müəyyən qaydaların qəbuluna və qanunlarda dəyişiklik olunmasına ehtiyac var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA