Sizin reklam burada728x90
Son dəqiqə:
» » Prezidentlə xanımı Müqəddəs Məryəm Ana kilsəsində

Prezidentlə xanımı Müqəddəs Məryəm Ana kilsəsində

25.04.2025, 13:40 Gündəm Çap et

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 25-də Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub, Roma Papası Fransiskin vəfatı ilə əlaqədar başsağlığı veriblər.
sedanevs.az xəbər verir ki, dövlətimizin başçısını və birinci xanımı Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete qarşılayıb.
Azərbaycan Prezidenti və birinci xanım matəm kitabına ürək sözlərini yazıblar.