Sizin reklam burada728x90
Son dəqiqə:
» » İlham Əliyev Macarıstanda səfərdədir - FOTO

İlham Əliyev Macarıstanda səfərdədir - FOTO

20.05.2025, 14:00 Gündəm Çap et



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə mayın 20-də Macarıstana işgüzar səfərə gəlib.
sedanevs.az xəbər verir ki, paytaxt Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidentini Macarıstanın Avropa İttifaqı məsələləri üzrə naziri Yanoş Boka və digər rəsmi şəxslər qarşıladılar.