Prezident nazir müavinini TƏLTİF ETDİ
Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi barədə Sərəncam imzalayıb.
sedanevs.az-ın məlumatına görə, təltif olunanlardan biri də müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanovdur.
Sərəncama əsasən, nazir müavini 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
O, 2023-cü ildə təyin edilib və müdafiə nazirinin yeganə mülki şəxs olan müavinidir