Sizin reklam burada728x90
Son dəqiqə:
» » İlham Əliyev “Qarabağ”la bağlı sərəncam imzaladı

İlham Əliyev “Qarabağ”la bağlı sərəncam imzaladı

29.08.2025, 16:20 Gündəm Çap et

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qarabağ” futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb.

sedanevs.az-ın məlumatına görə, sərəncamda deyilir:

"1. UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Qarabağ” futbol klubuna 5,0 (beş) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".