sedanews.az
sedanews.az

Azərbaycanda Bilik Günüdür

Bugün, 09:18



Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur.
 
sedanevs.az xəbər verir ki, sentyabrın 15-dən ölkənin bütün təhsil müəssisələrində tədris başlayır.
 
Azərbaycanda yeni tədris ilində 2,2 milyon təhsilalan olacaq. 
 
2025/2026-cı tədris ilində 130 mindən çox uşaq 1-ci sinifdə təhsil alacaq.
 
Yeni tədris ilində ali təhsilin bütün səviyyələrinə 75 min tələbə qəbul olunub. 
 
Həmçinin yeni tədris ilindən Bakı məktəblərində jurnallar ləğv olunur və "Rəqəmsal məktəb" platforması fəaliyyətə başlayır. 
 
Sentyabrın 15-də ümumi təhsil müəssisələrinin II–XI siniflərində ilk dərs "Konstitusiya və Suverenlik İli" mövzusuna həsr olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA