Ukrayna ordusu yaşayış məntəqəsini azad etdi
Ukrayna hərbi qüvvələri Dnepropetrovsk vilayətinin Yeqorivka kəndini Rusiyanın təxribat və kəşfiyyat qruplarından təmizləyib.Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrindan yerli KİV-ə bildirilib.
Məlumata görə, Ukrayna ordusunun hücum alayı kənd və ətrafındakı Rusiya qüvvələrini məhv etməyə müvəffəq olub.
“Hazırda kənddə düşmən qüvvəsi yoxdur. Təmizlik əməliyyatından sonra hərbçilər kənddə Ukrayna bayrağı qaldırıblar”, - məlumatda deyilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.