
Şəhid anaları – xalqın əmanəti
Bu günlərdə biz M.Ə. Əfəndiyev adına Xətai Tibb Mərkəzində müalicə alan şəhid Tural və Musa qardaşların anası Nəhayət xanımla görüşdük. O, xəstəxananın nevrologiya şöbəsində müalicə alır və şəhid anası olaraq həm qüruru, həm də ağrını eyni anda daşıyır.
Nəhayət xanım bildirir ki, dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğı onu çox məmnun edir. O, bu xüsusda cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürünü çatdırıb. Eyni zamanda, müalicə aldığı tibb müəssisəsinin rəhbərliyinə və bütün personalına göstərilən xidmət və münasibətə görə minnətdarlığını bildirib.
Unutmamalıyıq ki, şəhidlərimiz bizə müqəddəs bir əmanət qoyub gediblər — onların ailələri. Onlara sahib çıxmaq hər birimizin vətəndaşlıq borcudur.
ALLAH CƏMİ ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN. RUHLARI ŞAD OLSUN.
Daha ətraflı videoda...
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.