sedanews.az
sedanews.az

Küçə İtləri Artıq Təhlükəyə Çevrilib – Həll Gözləyən Problem

Bugün, 14:18


   Redaksiyamıza daxil olan saysız-hesabsız şikayətlərdən biri də küçə itləri ilə bağlıdır. Təkcə paytaxtda deyil, ölkənin bir çox bölgələrində, xüsusilə rayon və qəsəbələrdə sahibsiz itlərin sayı günbəgün artır. Küçələrdə dəstə ilə gəzən, aqressivlik sərgiləyən bu heyvanlar artıq cəmiyyət üçün ciddi təhlükə mənbəyinə çevrilib.
   Ən acınacaqlısı isə odur ki, bu heyvanlar  yalnız böyüklərə deyil, kiçik yaşlı uşaqlara da hücum edir. Xüsusilə səhər saatlarında məktəbə gedən şagirdlərin, yaşlı insanların və qadınların bu cür hücumlara məruz qalması həm fiziki zədə, həm də psixoloji travma ilə nəticələnir. Vətəndaşlar arasında qorxu və təşviş yaranır. Hətta bu hücumların nəticəsində insanlar xəstəxanalara yerləşdirilir, travmalar alır və bəzi hallarda yoluxucu xəstəliklər riski ilə üzləşirlər.
   Problemin daha da dərin tərəfi – qarşısı alınmayan artımdır. İtlər nəzarətsiz şəkildə çoxalır, qida tapmaq üçün yaşayış ərazilərinə daha çox yaxınlaşırlar. Bu isə həm ekoloji, həm də sosial təhlükəyə çevrilməkdədir.
  Əlbəttə, heyvanlara qarşı amansız yanaşma və vəhşilik yolverilməzdir. Lakin bu problemi humanist və sistemli şəkildə həll etməyin vaxtı çoxdan çatıb. Sahibsiz heyvanların toplanması, sterilizasiya edilib xüsusi sığınacaqlara yerləşdirilməsi üçün mərkəzlərin sayı artırılmalıdır. Bəzi bölgələrdə isə ümumiyyətlə belə mərkəzlər yoxdur və ya fəaliyyətləri yetərsizdir.
  Bu məsələ ilə bağlı aidiyyəti qurumlar – bələdiyyələr, yerli icra hakimiyyətləri və ekoloji qurumlar üzərlərinə düşən məsuliyyəti daşımalı, bu problemə səthi yanaşmamalıdırlar.
  Unutmayaq ki, küçə heyvanlarına insan kimi davranmaqla yanaşı, insanlara da təhlükəsiz həyat şəraiti təmin etmək vacibdir. Balanslı, hüquqa və etikaya əsaslanan həll yolları cəmiyyətin hər iki tərəfi üçün vacibdir.
  Redaksiya olaraq məsələni daim diqqətdə saxlayırıq və səlahiyyətli orqanlardan təcili tədbirlər gözləyirik.
  Arzu Tofiqqızı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA