Saakaşvili: Bu, Gürcüstan üçün çox pis xəbər olacaq

Fransanın keçmiş prezidenti Nikola Sarkozini həbsdən buraxdılar, məni isə tibb müəssisəsindən bura qaytardılar”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial media hesabında yazıb.
Eks-prezident özü ilə həbsxanada zəhərlənərək öldürüldüyü iddia edilən Rusiya müxalifətinin lideri Aleksey Navalnı arasında müqayisə aparıb:
“Rustavi həbsxanasına köçürülməyim mənə dostum Aleksey Navalnını, həbsxanada onunla bağlı baş verənləri xatırlatdı. Navalnını da məhz ikinci dəfə zəhərlədikdən sonra öldürdülər.
Ümumi vəziyyətə gəlincə, diktatorun (Bidzina İvanişvili) indi girovlarla bağlı ticarət mərhələsinə keçdiyi fikri ilə razılaşmıram. Əslində, o, indi etiraz alovunu tamamilə söndürməklə məşğuldur. Buna nail olsa, onda anlayacaq ki, həbs əməliyyatları işləyir və daha çox insanı tutacaq. Əgər girov məsələsində amerikalılarla ticarətə getsə, bu, Gürcüstan üçün çox pis xəbər olacaq, çünki girovların azad olunması müqabilində o, legitimlik qazanacaq və diktaturanı möhkəmləndirmək imkanı əldə edəcək”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: