“Arıqlamaq yoxsa zəhərlənmək? – Gözəllik eşqinə atılan təhlükəli addımlar”
Son illər arıqlamaq sadəcə sağlamlıq məsələsi deyil, adətə, dəb halını alıb. Sosial şəbəkələrdə ideal bədən ölçüləri ilə təqdim olunan insanlar bir çoxunu tez bir zamanda arıqlamağa həvəsləndirir. Bu istək isə bəzən insanları yanlış yola – təsdiqlənməmiş, zərərli və hətta həyat üçün təhlükəli arıqlama preparatlarına yönəldir.
İnternetdə və apteklərdə rahatlıqla tapılan bəzi preparatlar ciddi tibbi təsdiq almamış, tərkiblərində təhlükəli maddələr olan məhsullardır. Onların reklamı cəlbedici olsa da, nəticələri çox vaxt fəlakətlə bitir. Qaraciyər zədələnməsi, ürək ritmində pozğunluqlar, psixoloji fəsadlar və hətta ölüm halları da bu dərmanların arxasında gizlənir.
Əgər bir insan artıq çəkidən əziyyət çəkirsə, ilk növbədə mütəxəssis – dietoloq və ya endokrinoloqla məsləhətləşməlidir. Çünki arıqlama prosesi fərdi yanaşma tələb edir və səbəbi hormonlardan tutmuş həyat tərzinə qədər çoxşaxəli ola bilər.
Ən ümdəsi hər hansı səbəbdən arıqlamaq istəyən insan - arıqlama məqsədilə qəbul etdiyi hər əlavəni həkimlə məsləhətləməli və təsdiqlənməmiş məhsullardan uzaq durmalıdır.
Sedanews.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: