sedanews.az
sedanews.az

Qəlblərdə əbədi yaşayan igidlər

27-11-2025, 12:53

Şəhidlər yalnız bir ailənin yox, bütün xalqın övladıdır. Onlar göstərdilər ki, Vətən üçün can vermək — xalqın tarixində əbədi yaşamaq deməkdir. Onların ruhu qarşısında baş əyir, ailələrinə səbr, qazilərimizə can sağlığı diləyirik.
 Aqil Məmmədov -30 iyul 1969-cu ildə Qubadlı rayonunun Dondarlı kəndində anadan olub. O, Qarabağda baş qaldıran separatizmə qarşı ilk döyüşçülərdən biri idi. Vətən sevgisi və torpaq uğrunda qətiyyətli mövqeyi onu döyüş meydanına apardı. 1992-ci ildə Goranboy və Qubadlı istiqamətində gedən ağır döyüşlərdə xüsusi şücaət göstərdi. O, son gülləsinə qədər vuruşaraq şəhid oldu. Aqil Məmmədovun qəhrəmanlığı dövlət tərəfindən yüksək qiymətləndirildi.  
 Aqil Məmmədov 5 fevral 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin 457 saylı fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Qəhrəmanımızın adı Qubadlı rayonundakı məktəblərdən birinə və küçəyə verilmişdir.




Fərhad Hümbətov
– 10 sentyabr 1968-ci ildə Qərbi Azərbaycanın Böyük Qarakilsə (Quqark) rayonunun Arçut kəndində anadan olmuşdur. 1983-cü ildə burada orta məktəbin səkkizinci sinfini bitirmiş və Komanlı (Spitak) rayonundakı texniki-peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnmişdir. Hərbi xidməti əvvəlcə Çitada, sonra isə Monqolustan Respublikasında keçirən Fərhad 1988-ci ildə İrkutsk şəhərində ordudan tərxis olunmuşdur.
 Fərhadın döyüş yolu çox çətin olmuşdur. O, 1992-ci il martın 7-də ŞuşaKosalarXankəndi istiqamətlərində uğurlu döyüş yolu keçmiş və düşmənin 5 postunu dağıtmışdır. Fərhad 1992-ci il 3 aprel tarixində Xankəndi yaxınlığında sayca üstün olan erməni silahlıları ilə döyüşə girmiş, yaralıları xilas edə bilsə də, özü qəhrəmancasına həlak olmuşdur.
 Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Hümbətov Fərhad Qənbər oğluna "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir. 
  Bu gün gənc nəsil üçün Aqil və Fərhad kimi qəhrəmanların həyat yolu örnək olmalıdır. Onların şücaəti yalnız keçmişin deyil, gələcəyin də yol işığıdır.  
Qəhrəmanlar unudulmur – Yaşayırlar!








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA