“Onlar sağlamlıqlarını itirdilər, Ləyaqətlərini yox!”
![]()
"Əlillik yox, Qəhrəmanlıq izi – 3 Dekabr və Bizim Qazilərimiz"
3 dekabr dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd olunur. Bu gün sadəcə bir təqvim tarixi deyil – insan ləyaqətinin, bərabər hüququn və güclü iradənin rəmzidir. Azərbaycanda bu tarix daha böyük məna daşıyır. Çünki Vətən müharibəsindən sonra on minlərlə qazimiz, sağlamlığını itirsə də, milli ruhunu və qürurunu qoruyaraq cəmiyyətə örnək oldu.![]()
Qazilərimiz təkcə savaş meydanında yox, mülki həyatda da döyüşlərini davam etdirirlər. Onlar həyatla mübarizənin simvoludur. Bədənlərinin bir hissəsini itirsələr də, könüllərinin bütövlüyünü, vətən sevgisini heç vaxt itirməyiblər.
Bu gün onlara söz deyil, əməl borcumuz var. Dövlətimiz onların sosial müdafiəsi üçün müxtəlif layihələr həyata keçirir – reabilitasiya mərkəzləri, təhsil imkanları, psixoloji dəstək proqramları və sair. Amma cəmiyyət olaraq bizim də üzərimizə düşən vəzifələr var – onları unutmaq yox, yaşatmaq, tək qoymaq yox, dəstək olmaq!
Unutmayaq: əlillik fiziki bir məhdudiyyət ola bilər, amma iradə, ləyaqət və vətən sevgisi heç bir zaman əngəl tanımaz.
Qəhrəman qazilərimizin qarşısında baş əyirik!
Yaşasın Azərbaycan əsgəri!
Sevinc Salehqızı
Sedanews.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: