sedanews.az
sedanews.az

Sumqayıtdakı partlayışda yaralananların vəziyyəti məlum olub

3-12-2024, 09:54 92 dəfə baxılıb



  Sumqayıtda yaşayış binasında baş vermiş partlayış nəticəsində yaralananların vəziyyəti ağırdır.
 Bu barədə REAL-a Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib.
“03.12.2024-cü il tarixində saat 06:40 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb olunub”, – məlumatda qeyd olunub.
  İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan 3 nəfər (2 kişi cinsli, 1 qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
  Bildirilib ki, 1977, 2007 və 2010-cu il təvəllüdlü şəxslər ağır yanıq xəsarətləri ilə Reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda 1 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağırdır.
   Qeyd edək ki, təcili tibbi yardım briqadaları hadisə yerindədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA