21:17Masazırda uçqun nəticəsində xəsarət alanların vəziyyəti məlum olub.
TƏBİB-dən Milli.Az-a verilən məlumata görə, 29.11.2024-cü il tarixində saat 17:20 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 2 nəfər (kişi cinsli) hospitalizasiya olunub.
Sağ baldır nahiyəsinin əziyi diaqnozu təyin edilən 1984-cü il şəxsə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib və vəziyyəti kafi qiymətləndirilərək ambulator müalicə üçün evə buraxılıb.
Döş qəfəsinin və bel-oma nahiyəsinin əziyi diaqnozları təyin edilən 1997-ci il təvəllüdlü şəxs isə Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.
---------------
19:42
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə noyabrın 29-da saat 15:40 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi Cantəpə ərazisindən çağırış daxil olub.
Bu barədə APA-nən sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub:
"Təcili tibbi yardım briqadası tərəfindən 30 yaşlı şəxsin (kişi cinsli) həkimə qədər ölüm faktı qeydə alınıb. Xəsarət alan iki nəfər (kişi cinsli) müştərək travma diaqnozu ilə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunub".
-------19:16Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində fərdi yaşayış evində uçqun baş verib.Milli.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunub ki, dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən fərdi yaşayış evində tikinti işləri aparılan zaman uçqun baş verdiyi müəyyən olunub.
Xilasedicilər tərəfindən vətəndaş 1994-cü il təvəllüdlü Rəsulov Camal Əzim oğlunun meyiti dağıntı altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Uçqun nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.