sedanews.az
sedanews.az

Formula 1-də iki min könüllü fəaliyyət göstərəcək

Bugün, 16:20

Formula 1 Azərbaycan Qran-prisi ərzində iki min könüllü fəaliyyət göstərəcək.
sedanevs.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqasının İnsan resursları üzrə baş meneceri Lamiyə Şəhmədova Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-prisi üçün Uniforma və Akkreditasiya Mərkəzinin təqdimatı ilə bağlı təşkil olunmuş tədbirdə məlumat verib.
O, mərkəzdə 140 nəfərdən çox könüllünün çalışdığını bildirib: “Könüllülərin dəstəyi nəticəsində minlərlə işçi heyəti, marşallar və təhlükəsizlik əməkdaşlarına uniforma və akkreditasiya kartları paylanılır. Yarış günlərinə qədər bu kartların hər biri paylanılacaq”.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 19-21-də keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA