90 yaşlı Zeynəb Xanlarovanın ən son FOTOSU

Azərbaycanın Xalq artisti, keçmiş deputat, məşhur müğənni Zeynəb Xanlarova 90 yaşını qeyd etməyə hazırlaşır.
Yubileyi ərəfəsində Zeynəb xanımın ən son fotosu yayılıbv. Fotonu Əməkdar artis Rəşad İlyasov sosial şəbəkədə paylaşaraq yazıb:
“Radiomuzun 100, televiziyamızın 70 illik yubileyindən əziz, sevimli, SSRİ xalq artisti Zeynəb Xanlarova ilə...”
Qeyd edək ki, təxminən bir aydan sonra - dekabrın 28-də Zeynəb Xanlarovanın 90 yaşı tamam olacaq.
Zeynəb Xanlarova 1936-cı il dekabrın 28-də Bakıda doğulub. O, Bakıdakı Qədirli küçəsində, "Dağlı məhəlləsi" deyilən məhəllədə böyüyüb. Atası əslən şamaхılı, anası əslən хızılıdır. Ailədə beş uşaq olublar - iki bacı, üç qardaş.
O, orta təhsilini 161 nömrəli orta məktəbdə alıb. O, 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Onun repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur.
Z.Xanlarova uzun illər Azərbaycan Milli Məclisinin deputatı olub. Belə ki, o, 1985-ci ildən 2020-ci ilə kimi deputat mandatı daşıyıb.
Zeynəb Xanlarova keçmiş "Azərbalıq" Dövlət Konserninin mərhum sədri Səlim Babayevlə evli olub. Onarın iki oğlan övladı dünyaya gəlib - Ramin və Ramal Babayevlər.
Zaynəb xanım 1996-cı ildə “Şöhrət” ordeni, 2006-cı ildə “İstiqlal” ordeni, 2016-cı ildə “Heydər Əliyev” ordeni ilə təltif edilib.