Azərbaycanda qadınların pensiya yaşı artırıldı
Bu gündən Azərbaycanda qadınların pensiyaya çıxma yaş həddi artırılıb.
Sedanews.az Milli.az-a istinadən xəbər verir ki, 2026-cı il iyulun 1-dən etibarən qadınların pensiya yaşı 6 ay artırılaraq 65 ilə çatdırılıb.
Belə ki, "Əmək pensiyaları haqqında" Qanuna əsasən, qadınların pensiyaya çıxma yaş həddi 2017-ci il iyulun 1-dən 2027-ci il iyulun 1-dək, kişilərin yaş həddi isə 2017-ci il iyulun 1-dən 2021-ci il iyulun 1-dək hər il 6 ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir:
| Dövr | Kişilər üzrə pensiya yaşı | Qadınlar üzrə pensiya yaşı |
| 1 iyul 2017 - 30 iyun 2018 | 63 il 6 ay | 60 il 6 ay |
| 1 iyul 2018 - 30 iyun 2019 | 64 il | 61 il |
| 1 iyul 2019 - 30 iyun 2020 | 64 il 6 ay | 61 il 6 ay |
| 1 iyul 2020 - 30 iyun 2021 | 65 il | 62 il |
| 1 iyul 2021 - 30 iyun 2022 | 65 il | 62 il 6 ay |
| 1 iyul 2022 - 30 iyun 2023 | 65 il | 63 il |
| 1 iyul 2023 - 30 iyun 2024 | 65 il | 63 il 6 ay |
| 1 iyul 2024 - 30 iyun 2025 | 65 il | 64 il |
| 1 iyul 2025 - 30 iyun 2026 | 65 il | 64 il 6 ay |
| 1 iyul 2026 və sonra | 65 il | 65 il |
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: