sedanews.az
sedanews.az

İdxal olunmuş şirniyyatın istehlaka yararsız olduğu aşkarlanıb

6-05-2022, 14:49 385 dəfə baxılıb





   “Türkaz Ticaret” MMC-nin şirniyyat məhsuluna qida təhlükəsizliyi sertifikatının alınması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında, idxal olunmuş şirniyyat məhsulundan götürülən nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında aparılmış ekspertizası nəticəsində kif-maya göbələklərinin miqdarının normadan artıq olduğu müəyyən olunub.
Bu barədə REAL-a AQTA-dan məlumat verilib.
Bildirilib ki, faktla bağlı Agentlik tərəfindən 24.01.2022-24.01.2023-ci il tarixli, 024 partiya nömrəli, ümumi çəkisi 340 kq “meliksakşah sultan” əmtəə nişanlı şirniyyat məhsulu partiyasının zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası barədə qərar qəbul edilib. Sözügedən məhsul partiyası “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA