Azərbaycana zərərli makaronlar gətirilib? - Rəsmi açıqlama

AQTA “Barilla” əmtəə nişanlı “İntegrale Vollkorn Penne Rigate” tam buğda makaronu məhsulu partiyasında uyğunsuzluq aşkarlanması səbəbindən bir neçə ölkədə satışdan geri çağırılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Qurumdan bildirilib ki, xəbərdə qeyd olunan məhsul partiyası ölkəmizə idxal olunmayıb:
Qeyd edək ki, yayılan xəbərdə italyan makaron markasında sağlamlıq üçün təhlükəli səviyyədə qurğuşun aşkar edildiyi, bu səbəbdən məhsulun geri çağırılması prosesinə start verildiyi bildirilib. İddia 500 qramlıq paketlərdə satılan və 1 mart 2026-cı il tarixinə qədər istifadə müddəti olan partiyalara aid edilib.(modern.az)