sedanews.az
sedanews.az

Azərbaycanda istehlak bazarı 5 % böyüyüb

24-02-2025, 15:09


Bu ilin yanvar ayında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 6,1 milyard manat olub.
sedanevs.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 % çoxdur. 
Aylıq dövriyyənin 78,8 %-ini pərakəndə ticarət dövriyyəsi, 18,1 %-ini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,1 %-ini isə ictimai iaşə dövriyyəsi təşkil edib.
Son 1 ildə qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin satdığı malların və göstərdiyi xidmətlərin dəyəri 4,8 % artaraq 5,9 milyard manata çatıb, onun 46,6 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat ayında bir istehlakçı orta hesabla 600,7 manat və yaxud 1 il əvvələ nisbətən nominal ifadədə 52 manat çox vəsait xərcləyib. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA