Sağlamlığın qorunması üçün ən yaxşı üsul: "Göy qurşağı diyeti"

Mümkün qədər uzun müddət sağlam qalmaq üçün müəyyən qidalanma rejiminə riayət etmək vacibdir.
sedanevs.az-ın xəbərinə görə, bu barədə diyetoloq Pablo Oxeda "ABC" nəşrinə müsahibəsində danışıb.
O, özünü yaxşı hiss etmək üçün ən yaxşı diyeti açıqlayıb.
Pablo Oxedanın sözlərinə görə, sağlamlığı qorumaq üçün "göy qurşağı diyeti"nə riayət etmək lazımdır. Bu diyet boşqabın mümkün qədər çox rəngli qidalarla doldurulmasını nəzərdə tutur, çünki bu rənglərin hər biri müəyyən faydalı maddələrlə assosiasiya olunur.
"Həyat və sağlamlıq rənglərdədir: beta-karotin, lyutein, antosiyaninlər, antioksidantlar. Boşqabınızda nə qədər çox rəng olarsa, bir o qədər müxtəlif qida maddələri qəbul etmiş olarsınız", - deyə həkim izah edib.
Pablo Oxeda qeyd edib ki, göy qurşağının yeddi rənginin hamısını əhatə edən məhsulların gündəlik qəbulu balanslaşdırılmış qidalanmanın optimal variantıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: