Azərbaycanda ötən il ən çox satılan KİTABLAR - SİYAHI
Kitablar bir cəmiyyətin intellektual səviyyəsini və maraqlarını əks etdirən ən vacib göstəricilərdən biridir. Ölkəmizdə hər il yüzlərlə yeni nəşr işıq üzü görsə də, oxucuların diqqətini cəlb edən, satış rekordları qıran və müzakirələrə səbəb olan kitablar hər zaman məhdud sayda olur. Bu kitablar bəzən cəmiyyətin sosial problemlərinə güzgü tutur, bəzən fərdi inkişaf üçün motivasiya mənbəyinə çevrilir, bəzən də oxucunu real həyatın qayğılarından uzaqlaşdıraraq tamamilə fərqli dünyalara aparır.
Sedanevs.az Modern.az -a istinadən ölkəmizdə ilin ən çox satılan kitablarını müəyyənləşdirmək, eyni zamanda oxucu zövqü haqqında fikir formalaşdırmaq üçün nəşriyyatlar arasında sorğu keçirdib.
Nəticələr göstərdi ki, son bir ildə oxucuların seçimlərində müxtəlif tendensiyalar müşahidə olunur. Ədəbi klassiklərin yenidən populyarlıq qazanması, psixoloji və motivasiya kitablarına olan marağın artması, həmçinin yerli müəlliflərin kitablarına diqqətin yüksəlməsi diqqət çəkən əsas məqamlardır.
“Teaspress” və “3alma” nəşriyyatlarının mətbuat katibi Sərxan Rüstəmov sorğumuza cavab olaraq bildirib ki, bütün mövzu və janrlarda kitablar nəşr edilir. Bura dünya klassikləri, iqtisadiyyat, biznes, şəxsi inkişaf, detektiv, romanlar, uşaqlar üçün dünya ədəbiyyat seriyamız və valideynlər üçün də kitablar daxildir. Eyni zamanda həm Azərbaycan klassiklərinin, həm də müasir yazıçılarımızın kitabları çap olunur.
Nəşriyyatdan o da bildirilib ki, ən çox satılan kitablar dünya klassikləri, biznes, şəxsi inkişaf və detektiv janrında olan kitablardır.
“Kitabları nəşr edərkən oxucularımızın zövqlərini nəzərə alırıq, oxuculardan gələn istəklər, nəşr etdiyimiz kitablara olan rəğbətlərini və reaksiyalarını nəzərə alaraq yeni kitablar nəşr edirik. Həmçinin dünyaca məşhur bestsellerlər də çap edirik, eyni zamanda töhfə xarakterli kitablar da nəşr edirik.
İndiyədək bizim 1000-dən çox kitabımız nəşr olunub ki, bunların içində də istənilən mövzuda, istənilən səpkidə kitablar var”- deyə S.Rüstəmov sonda bildirib.
“Teaspress” nəşriyyatının 2024-cü ildə ən çox satılan kitabları.
1. Hektor Qarsiya və Fransesk Mirales – İkiqay
2. Rayan Holidey və Stiven Hanselman – Stoikin gündəliyi
3. Lev Tolstoy – Anna Karenina
4. Corc Orvel – 1984
5. Luiza Hey – 21 günə həyatını dəyiş
6. Luiza Hey – Sən həyatını yaxşılaşdıra bilərsən
7. Elxan Elatlı – Ölümsüz qətl
8. Cek London – Martin İden
9. Aysel Şıxlı – Qanadsız mələk
10. Con Qordon - Şikatətlənməmək qaydası
“3alma” uşaq nəşriyyatının keçən il ən çox satılan kitabları
1. Antuan de Sent-Ekzüperi – Balaca Şahzadə
2. Erik Mative – Bəs niyə səma mavidir?
3. Murad Aksoy – Futbol ulduzları – Ronaldo
4. Murad Aktoy – Futbol ulduzları – Messi
5. Luis Kerol – Alisa möcüzələr aləmində
6. Aysel Şıxlı – Arzuların səyahətində
7. Fremsis Böruet – Sirli bağ
8. Reyhan Yusifqızı – Diribaş qızlar kulubu
9. Pitter Pen
10. Mürşüd İsmayılzadə - Əjdaha qardaşlığı ya da daşı
“Kitabçı” nəşriyyatından saytımıza verilən məlumata görə il ərzində ən çox satılan kitablar Fəxrəddin Qasımoğlunun kitabları olub. Bura “Ruh”, “Son gecə”, “On ikiyə işləmiş”, “İkibaşlı əjdaha” Elxan Elatlının “ Ölümsüz qatil”, eyni zamanda “Praktik biznes” və Kamal Hüseynzadənin “Darıxır” kitabı nəşriyyatda ən çox diqqət görən kitablar olub.
Nəşriyyatdan o da bildirilib ki, kitab çap edərkən oxucuların üstünlük verdiyi yazarlara və janrlar nəzərə alınır.
Mimta yayınlarından isə bildirilib ki, alıcılar daha çox bədii-kütləvi, psixoloji janrlara və uşaq nəşrlərinə üstünlük verirlər.
Mimta nəşriyyatının 2024-cü il üçün ən çox çap etdiyi kitablar:
1. İnsanı yaşadan nədir (L.Tolstoy)
2. Kapsul (Ə.Sultan)
3. İradə tərbiyəsi (J.Peyo)
4. Hazırsanmı? (D.Cüceloğlu)
5. Babil yanarkən (Yunus Şen)
6. Eşqin izi ilə (İ.Qədirova)
7. Heyvanlar nə danışır (Ə.Sultan)
8. Qu quşu (L.Tolstoy)
9. Nağıllar (Jan Lafonten)
10. Dünya nağılları - 1-ci hissə
Nəşriyyatın direktoru Əsəd Aslanoğlu vurğulayıb ki, yeni kitab nəşr edərkən oxucularınızın zövqlərini nəzərə almaqla yanaşı, daha çox oxucuda zövq formalaşdırmağı hədəfləyirik.
Sorğumuzda iştirak edən Xan nəşriyyatından bildirilib ki, bu siyahı kitab bazarının mövsümlərinə görə həmişə dəyişkən olur. Amma bütün siyahılarda seçilən və daimi maraq görən kitablar da var. Təxmini sıralama belədir:
1. Dilbər Axundzadə – “Müşfiqli günlər” (“Xatirə ədəbiyyatı” seriyası)
2. Salam Qədirzadə – “46 bənövşə” (“Milli ədəbiyyat” seriyası)
3. Əzizə Cəfərzadə – “Bakı-1501” (“Milli ədəbiyyat” seriyası)
4. Co Novarro, Marvin Kallins – “Bədən dili” (“Şəxsi inkişaf” seriyası)
5. Asəf Zamanov, Hökumə Əliyeva – “Özünü tanı. Psoxoloji testlər” (“Şəxsi inkişaf” seriyası)
6. Cəmşid Əmirov – “Brilyant məsələsi” (“Detektiv” seriyası)
7. Həsən Seyidbəyli – “Cəbhədən cəbhəyə” (“Detektiv” seriyası)
8. Artur Konan Doyl – “Şerlok Holmsun macəraları” 8 kitab (“Detektiv” seriyası)
9. Elay – “Kolleksioner” (“Biz” seriyası)
10. Varis – “Son məktub” (“Biz” seriyası)
Nəşriyyatın direktoru Səbuhi Şahmursoy sonda qeyd edib ki, müraciət etdiyin auditoriyanın zövqünü nəzərə almaq işin böyük hissəsidir. Bunun üçün dərin bazar araşdırması lazım gəlir. Oxucuların başqa dillərdən əsasən hansı kitablar oxuduğu ilə maraqlanırıq. İllik planlarımızda bu janr və kitabları nəzərə almağa çalışırıq. Amma ümumi planda, əlbəttə ki, dünyada müasir kitab tendensiyası da nəzərə alınır. Dünya üzrə bestsellerlər, mükafat almış keyfiyyətli ədəbiyyat nümunələri, yerli yazıçıların yeni və artıq oxucu rəğbəti qazanmış əsərləri də diqqət mərkəzimizdə olur. Amma bütün sahələrdə olduğu kimi, cari prioritetlərimiz dövrün tələbinə görə elastikdir.
Hədəf nəşriyyatındən bizə verilən məlumata görə bu nəşriyyatın əsas auditoriyası məktəbəqədər, şagird və abituriyentlərdir. “Oxucularımız daha çox buraxılış və qəbul imtahanlarına hazırlıq üçün dərs vəsaitlərinə, test toplularına və müəllimlər üçün metodik materiallara üstünlük verirlər. Eyni zamanda məktəbəqədər uşaqlar üçün maarifləndirici kitablarımız da böyük maraq görür”.
Nəşriyyatın 2024-cü ildə ən çox satılan 10 kitabının siyahısı:
1. Azərbaycan dilini öyrənirəm
2. Biologiya test toplusu
3. Azərbaycan dili vəsaiti4. Azərbaycan dili buraxılış 2100 test 9-cu sinif
5. Riyaziyyat 9-cu sinif buraxılış testlər
6. Azərbaycan dili vəsaiti7. İngilis dili test tapşırıqları
8. Oxuyaq-Yazaq
9. Kodlama oyunları
10. Diqqəti gücləndirmə dəsti
“Yeni nəşrlərimizi hazırlayarkən oxucularımızın ehtiyaclarını və tələblərini əsas götürürük. Xüsusilə buraxılış və qəbul imtahanlarına hazırlıq vəsaitlərini müasir təhsil proqramına uyğun şəkildə tərtib edirik. Eyni zamanda xarici nəşriyyatları da araşdıraraq şagirdlər üçün faydalı və keyfiyyətli tədris materialları təqdim etməyə çalışırıq”- deyə sonda nəşriyyatdan bildirilib.