Oktyabr ayında 12-ci Bakı Beynəlxalq kitab sərgisi keçiriləcək

Bu ilin 21-27 oktyabr tarixində Bakı Ekspo Mərkəzində" Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 12-ci Bakı Beynəlxalq kitab sərgisi keçiriləcək.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, sərgi Azərbaycan Mədəniyyəti-2040" Mədəniyyət Konsepsiyasına uyğun olaraq baş tutacaq.
"Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya" mövzusuna həsr olunan sərgi uşaqlarda mütaliə mədəniyyətinin formalaşdırılması, kitaba marağın gücləndirilməsi və onların faydalı vərdişlərə təşviq olunması məqsədini hədəfləyir.
Sərgi ənənəvi olaraq hər il zəngin proqramı və geniş əməkdaşlıq imkanları ilə çox sayda yerli və beynəlxalq nəşriyyat və poliqrafiya müəssisələrini, kitab mağazaları və sahəvi yaradıcılıq təşkilatlarını bir araya gətirəcək.
Dünyaca tanınmış yazarlar və tədqiqatçı-alimlərin iştirakı ilə fərqli formatda təqdimatlar, müəlliflik hüququ sahibləri ilə çoxsaylı görüşlər və 7 gün ərzində ədəbi-bədii proqram sərgini hər kəs üçün ilin ən gözlənilən ədəbi-mədəni hadisəsinə çevirəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: