Azərbaycanda plastik cərrahi əməliyyatlar bahalaşıb? - AÇIQLAMA
Son aylarda plastik cərrahların peşə fəaliyyətinin qanuni əsasları ilə bağlı aparılan yoxlamalar sektorda ciddi dəyişikliklərə səbəb olub. Səhiyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən həyata keçirilən araşdırmalar nəticəsində bir neçə cərrahın sertifikasiyası ləğv edilib. Hazırda araşdırmalar davam edir.
Mütəxəssislərin sayının azalması və bəzi klinikaların fəaliyyətini dayandırması plastik və estetik xidmətlərin qiymətlərinin artmasına gətirib çıxarıb.
Mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlara görə, bu sahədə çalışan həkimlər xidmət haqlarını yüksəldiblər. Onların əsas arqumenti sektorda daha az mütəxəssisin qalması və keyfiyyətli xidmət göstərənlərin seçilməsidir.
Hazırda plastik cərrahların bir çoxu bu mövzu ilə bağlı rəsmi açıqlama verməkdən çəkinir. Bununla belə, prosesin nəticələri və sektordakı dəyişikliklər yaxın günlərdə daha dəqiq məlum olacaq.
Modern.az mövzu ilə bağlı Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri Vaqif Qələndərli ilə əlaqə saxlayıb.