sedanews.az
sedanews.az

İsveçrədə erməni oyunu: "Azərbaycan cəzalansın!"

15-09-2022, 13:49 665 dəfə baxılıb


   44 günlük İkinci Qarabağ Müharibəsinin başa çatmasından sonra daha da aktivləşən və Azərbaycana qarşı çeşidli ssenarilər hazırlayan erməni diasporu sentyabrın 12-də Ermənistanın ölkəmizə qarşı genişmiqyaslı təxribatından sonra isteriya vəziyyətindədir.
   Qərb ölkələrindəki erməni diaspor təşkilatları və strukturları çeşidli yollarla Azərbaycanı hədəfə alıblar. Onların məqsədləri çoxdur, amma yaxın perspektivdəki hədəfləri Azərbaycanın dövlət, habelə özəl şirkətlərinin Qərb ölkələrindəki fəaliyyətlərini maksimum çətinləşdirməkdir.
   Söhbət müxtəlif preponların yaradılmasından tutmuş, rəsmi Bakıya qarşı cəza sanksiyalarının tətbiqinə nail olmağadək müxtəlif planlardan gedir.
İsveçrədə də erməni diasporu analoji fəaliyyətdədir.
  Ermənilər bu dəfə Azərbaycan Dövlət Neft Şirkətini (SOCAR) hədəfə alıblar.
"Migros" şirkətinin törəmə strukturu olan "Migrolino" SOCAR-ın İsveçrədəki 60 yanacaqdoldurma stansiyasını müxtəlif qida məhsulları, içkilər, ərzaq və s. ilə təmin edir.
  İsveçrədə bir neçə affilə strukturu, o cümlədən Cenevrədə "Socar Trading AG" holdinqi fəaliyyət göstərən SOCAR-la əməkdaşlıq edən "Migros" indi İsveçrə mediasında "Azərbaycanın apardığı hərbi əməliyyatları maliyyələşdirmək"də suçlanır.
   "İsveçrə-Ermənistan Cəmiyyəti"nin (Swiss-Armenian Society) prezidenti Müller Altermatt "Luzcrncr Zeitung" qəzetini ələ almağı da bacarıb. Belə ki, qəzetdə "Azərbaycan Ermənistanla döyüşür: "Migrolino" isə hələ də SOCAR-la işbirliyindədir" (Azerbaijan is at war with Armenia: Migrolino is still doing business with the state oil company Socar) başlıqlı məqalə dərc olunub.
   Müller-Altermatt "müsahibə"sində İsvaçrənin Federal Şurasını ölkədə SOCAR-ın fəaliyyətinə son qoyulmasını tələb edir: "Anlayıram, sərt qərardır. Heç olmasa, SOCAR-ın İsveçrədə fəaliyyəti məhdudlaşdırılsın və ya sərt nəzarət altına alınsın. Çünki bu şirkət Azərbaycanın erməni xalqına qarşı illərdən bəri apardığı müharibənin əsas maliyyə mənbələrindən biridir".
   "Mirgolin" şirkəti isə bəyan edib ki, Azərbaycanla hər hansı formada əlaqələri yoxdur: "Sadəcə, İsveçrədəki "Socar Energy Switzerland AG" əməliyyat şirkəti ilə françayzinq anlaşmamız mövcuddur. Bu anlaşmaya müvafiq olaraq "Marjolin" marketlərini SOCAR müstəqil idarə edir, "Migros" ilə yanaşı, kənar istehsalçıların mallarını da satır".
  İsveçrədəki erməni diaspor təşkilatlarının belə absurd və əsassız ittihamları ironik təsir bağışlasa da, onları nəzərdə saxlayaraq cavab tədbirləri görmək gərəkdir.
Orxan Hun
Milli.Az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA