Sizin reklam burada728x90
Son dəqiqə:
» » 21 günlük məzuniyyətin pulla əvəzlənməsi qadağan olunacaq

21 günlük məzuniyyətin pulla əvəzlənməsi qadağan olunacaq

05.11.2026, 14:17 Sosial Çap et
İşçinin minimum 21 təqvim günü olan əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəzlənməsinin qadağan edilməsi təklif olunur.
Bu müddəa Əmək Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməsi istisna təşkil edəcək.
Sənəddə əmək məzuniyyətinin tam və ya qismən başqa vaxta keçirilməsinə əsas verən hallar da dəqiqləşdirilir. Dəyişikliklə əlaqədar digər sahəvi qanunların da yeni qaydaya uyğunlaşdırılması nəzərdə tutulur.