
"Məmurun əsas iş prinsipi xalqa xidmət etmək, xalqla bir yerdə olmaqdır"
Prezident İlham Əliyev vəzifəyə təyin etdiyi hər bir şəxslə görüşündə verdiyi tapşırıq və tövsiyyələrlə yanaşı, məmur obrazının tərifini də onlara başa salır. Bu dəfə də istisna olmadı. Prezident Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən növbəti dəfə təkrarladı ki, məmurun - sizin əsas iş prinsipiniz ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaqdır.
Prezident İlham Əliyev illərdir məmurlara bu cür məsləhət xarakterli fikirləri deyir. Özü də tək məsləhət vermir, həm də xəbərdarlıq edir ki, məmur üçün çızılan bu xəttdən kənara çıxmayın. Prezidentin dediklərindən aydın olur ki, bu xəttdən kənara çıxan məmurlarımız da az deyil.
Prezident İlham Əliyev öz çıxışında bölgələrimizn inkişafını təmin edən infrastruktur layihələrə diqqət çəkərək dövlətin investisiya proqramları xətti ilə son illər ərzində müsbətə doğru böyük işlərin getdiyini bildirdi. Amma bu işlərin hələ yetərsiz olduğunu, yerlərdə bu gün hələ də mövcud olan, insanları narahat edən məsələlərin öz həllini tapmalı olduğunu bildirdi.
Prezidentin çıxışından cəmiyyətin diqqətini çəkən mühüm bir məqam isə cinayətkar məmurların və onlara himayədarlıq edən, tapşırıqlar verən bəzi yüksək vəzifəli şəxslərlə aparılan mübarizə oldu. Ölkə başcısı açıq şəkildə bildirdi ki, vaxtilə mərkəzdən yerli icra sturuktularının rəhbərlərinə qanunsuz tapşırıqlar verən, qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar olub və onlar bu gün etdikləri əməllərə görə məhkəmə qarşısında cavab verirlər.
Prezident Ilham Əliyevin Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən etdiyi çıxışda iki məqam diqqəti cəlb edir. Birincisi vəzifəyə təyin olunan və mərkəzdə onlara göstərişlər vermək səlahiyyəti olan məmurların varlanmaq üçün cinayətə əl atmasından çəkindirmək. O cümlədən bu cür məmurların vaxtilə olduğunu və yenə də ola biləcək ehtimalını nəzərə alaraq qanunun onlara qarşı tətbiq etdiyi cəzaların ağırlığını anlatmaq oldu.
İkincisi vəzifəyə təyin olunan məmurların sosial ədalət prinsiplərinə riaət etməsi üçün insanlara diqqət göstərmək, onların qayğıları ilə yaşamaq, daim onların arasında olmağın vacibliyini təlqin edərək, icra başçılarının kəndləri bir-bir gəzib orda insanlarla bir başa təmasda olmağı tələb kimi qarşıya qoydu. Prezident hər çıxışında hər əməlində çalışır ki, məmurum cəmiyyət qarşısında etibarını artırsın. Və vətəndaş – məmur dialoqunun sivil formatını yaratsın. (REAL TV)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.