sedanews.az
sedanews.az

Hikmət Hacıyev NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri ilə görüşüb

5-12-2025, 14:37



  Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri Aleksandr Vinnikovla görüşüb.
Sedanews.az REAL-a istinadən xəbər verir ki, bu barədə İsveçin Azərbaycandakı səfirliyi məlumat yayıb.
 Səfər zamanı Aleksandr Vinnikov Azərbaycan Prezidentin köməkçisi Hikmət Hacıyevlə səmərəli müzakirələr aparıb.
 Məlumatda bildirilib ki, bu həftə NATO-nun Cənubi Qafqazdakı Ofisinin (Tbilisidə) rəhbəri Aleksandr Vinnikov NATO-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsi, eləcə də qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri ilə bağlı müzakirələri davam etdirmək üçün Bakıya gəlib.
Aleksandr Vinnikov NATO-nun hərbi təhsilin təkmilləşdirilməsi proqramına və onun müdafiə və təhlükəsizlik islahatlarına töhfəsinə həsr olunmuş beynəlxalq konfransda NATO-Azərbaycan tərəfdaşlığı haqqında əsas məruzə ilə çıxış edib.
 Nümayəndə heyəti həmçinin yerli analitik mərkəzlər, NATO səfirləri və Ukraynanın Azərbaycandakı səfiri ilə faydalı görüşlər keçirib.
Səfər 2025-2026-cı illər üçün Azərbaycanda NATO-nun əlaqə mərkəzi kimi fəaliyyət göstərən Slovakiya və İsveçin Bakıdakı səfirliklərinin dəstəyi ilə təşkil olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA