2026-cı il yanvarın 1-dən etibarən tütündən hazırlanan siqaretlərə tətbiq olunan aksiz vergisi artırılır. Qərara əsasən, yerli istehsal olan siqaretlərin hər 1000 ədədi üçün aksiz vergisi 45,5 manatdan 55 manata, idxal olunan siqaretlərdə isə 53,5 manatdan 63 manata qaldırılır.
Yəni, hər 1000 ədəd siqaret 50 qutu deməkdir. Aksiz vergisindəki artım bu hesabla bir qutu siqaret üçün təxminən 20 qəpik təşkil edir. Yəni nəzəri olaraq aksiz artımına görə bir paçka siqaretin qiyməti maksimum 20 qəpik bahalaşmalıdır.
Lakin siqaretin real satış qiymətində artım bundan daha yüksəkdir. Ortalama qiymət artımı 40-50 qəpik arasında baş verib.
Bəs, bunun səbəbi nədir?
Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən iqtisadçı Akif Nəsirli bildirib ki, aksiz vergisinin artırılmasının bir neçə əsas səbəbi var. Onun sözlərinə görə, əsas məqsədlərdən biri dövlət büdcəsinin daxili gəlirlərinin artırılmasıdır.
Qeyd edib ki, siqaret, spirtli içkilər və yanacaq kimi məhsullardan tutulan aksiz vergisi dövlət büdcəsinə əhəmiyyətli gəlir gətirir. Verginin artırılması büdcəyə əlavə vəsaitin daxil olmasına şərait yaradır.
A.Nəsirlinin sözlərinə görə, aksiz vergisinin artırılması eyni zamanda sosial və səhiyyə məqsədləri daşıyır:
"Xüsusilə siqaret kimi zərərli məhsulların qiymətinin yüksəldilməsi onların istehlakının azalmasına yönəlib. Qiymət artdıqca insanlar bu məhsulları daha az alır. Bu isə xərçəng, ürək-damar xəstəlikləri kimi ciddi sağlamlıq problemlərinin yayılmasının azalmasına kömək edir".
İqtisadçı əlavə edib ki, aksiz vergisi inflyasiya və bazar siyasətinin tənzimlənməsi aləti kimi də istifadə olunur:
"Dövlət bir tərəfdən büdcə gəlirlərini artırır, digər tərəfdən isə bazarda müəyyən məhsulların qiymətinə nəzarət mexanizmi formalaşdırır".
Akif Nəsirli bildirib ki, aksiz vergisinin artımı nəzəri olaraq hər siqaret qutusuna görə təxminən 20 qəpik təşkil etsə də, real qiymət artımı daha yüksək olur:
"Bunun bir neçə səbəbi var. Topdansatış və pərakəndə satış şirkətləri öz mənfəət marjalarını qiymətə əlavə edirlər. İdxal və istehsal xərcləri, daşınma və gömrük rüsumları da qiymətə təsir göstərir. Bundan əlavə, istehsalçılar və satıcılar gələcək inflyasiya və mümkün aksiz artımlarını nəzərə alaraq qiymətləri əvvəlcədən yüksəldə bilirlər. Bazar strategiyaları və psixoloji amillər də nəticədə real qiymət artımının rəsmi aksizdən daha yüksək görünməsinə səbəb olur. Nəticədə nəzəri artım kiçik olsa da, real qiymət artımı daha böyük olur".
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Milli.Az-ın sorğusuna cavab olaraq nəzərə çatdırılıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı" təsdiq edilib. Həmin siyahıya daxil olan malların, işlərin, xidmətlərin qiymətləri dövlət tərəfindən müəyyən edilir. Digər malların, o cümlədən siqaret qiymətləri bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən edilir.
Bundan əlavə qeyd olunub ki, "Sahibkarlıq fəaliyyəti haqqında" Qanuna əsasən, sahibkarlar öz məhsulları (işləri, xidmətləri) üçün qiymətləri sərbəst müəyyən edirlər. İstehlak bazarında sahibkarlar tərəfindən istehlakçılara müxtəlif qiymət və şərtlərlə məhsullar təklif olunur, istehlakçıların onların arasından qiyməti və istehlak xassələri daha uyğun olan malı sərbəst seçmək hüququ var.
Qurum bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymət formalaşması zamanı rəqabət qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə istehlak bazarında mütəmadi monitorinqlər aparır və pozuntu aşkar olunduqda qanunvericiliyə uyğun tədbirlər görür:
"Əlavə olaraq bildiririk ki, qiymət dəyişikliyinin rəqabət qanunvericiliyinin pozulmasından irəli gəldiyini sübut edən sənəd və məlumatlar Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə təqdim edildiyi təqdirdə məsələyə mahiyyəti üzrə baxılır. Agentliyə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və elektron poçt (office@competition.gov.az) vasitəsilə müraciət etmək mümkündür".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - VİDEO - FOTO
Kimlərin təqaüdü artdı... - Sosial rifaha xidmət edən güclü sosial SİYASƏT
Bakının daşınmaz əmlak bazarı - Evlərin ən bahalı olduğu RAYONLAR
Prezident müşavirə keçirdi - VİDEO - FOTO
Prezident İlham Əliyevin Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsi - TAM MƏTN - FOTO
Əvəz Zeynallı kimdir və onun haqqında həqiqətlər
Hövsanda sakinlərin sualı: Bələdiyyə haradadır?
“Bu torpaq uğrunda ölən varsa, Vətəndir...” — Şəhid Əli Nəcəfovun qəhrəmanlıq yolu
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Qalibiyyət ruhlu xalq
13 yaşadək uşaqlara sosial şəbəkə qadağan olunacaq
Emin Əmrullayev ibtidai təhsildən danışdı
Azərbaycanda evlənənlərin yarıdan çoxu boşanır - RƏSMİ
Bu ilin yeddi ayında Azərbaycanda 1 696 əkiz, 60 üçəm doğulub
Azərbaycan əhalisi 10,2 milyonu keçdi
Türk dünyasının təhlükəsizlik rəhbərləri Bakıda toplandı
Yatarkən daha çox kalori yandırmağın sirri açıqlandı
Dizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA
“Şərikli çörək” filminin ssenaristi vəfat edib
Bir sıra ərazilərdə işıq olmayacaq
“Brent” neftin qiyməti 105 dollara düşdü
Bakıda bəzi yollarda sıxlıq yaranıb - SİYAHI
Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanı qarşılayıb, təkbətək görüş olub
Ərdoğan Azərbaycanı təbrik edib
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib (FOTO/VİDEO)
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib (FOTO/VİDEO)
Sabah 35 dərəcə isti olacaq
Daha 220 keçmiş məcburi köçkün vətəninə qayıdır
Bakının bəzi ərazilərində qaz olmayacaq
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Azərbaycanda Bilik Günüdür
Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyət verildi
Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək
Ceyhun Bayramov Aİ rəsmisi ilə görüşdü - sülhü müzakirə etdi
Muxtar Babayev: 2030-cu ilə qədər elektrik enerjisinə investisiyalar 600 milyard dollara çatmalıdır
Avqustda qiyməti artan mal və xidmətlərin adları açıqlandı - FOTO
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni Dövlət Proqramı təsdiqlənib
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
Minlərlə azərbaycanlı “qara siyahı”ya düşdü - ölkəyə buraxılmayacaqlar
Şəkidə istirahət mərkəzində iki nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
Leyla Əliyeva və Arzu Əliyeva Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak ediblər
Nazirlər Kabinetindən ADSEA ilə bağlı QƏRAR
Prezident və birinci xanım Şarovskinin vida mərasiminə əkil göndəriblər
Bağçalara növbəyə yazılma başlayır
Bağçalara növbəyə yazılma başlayır
Qızıl və gümüş ucuzlaşıb
Yol polisi sürücülərə müraciət etdi
Azərbaycan nefti bir gündə 87 sent bahalaşdı
Samuxda qarayara yayılır? - Nazirlikdən AÇIQLAMA
Azərbaycanda 1400-dən artıq şəxs orqan və toxuma transplantasiyası üçün növbə gözləyir - RƏSMİ
Bakıda motosikletli təcili yardım: TƏBİB sayını açıqladı
Azərbaycan cüdoçusu Fərid Rzazadə Ekvadorda dünya çempionu olub
Azərbaycan UEFA reytinqində 26-cı yerdə qərarlaşıb
Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı Sərəncam imzalandı
Bu gün UFC Fight Night Baku keçiriləcək
Millimiz İrəvandakı Avropa çempionatına qatılmaqdan imtina etdi - FOTO
İdman zalında qəfil ölümlər - Azərbaycanda və dünyada məşhur simaların faciəli taleləri
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi
Dünya xəritəsi yeniləndi – Ölkələrin ölçüləri dəyişib
Şimali Kiprdə matəm elan edildi
Nepaldakı sel fəlakətində 1 500 insan itkin düşüb