Bakıda böyük sıxlığın səbəbi açıqlandı
Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində (körpünün üzərində) təmir işləri aparılır.
Sedanews.az Axar.az-a isitnadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bu səbəbdən prospektdən “Koroğlu” metostansiyası, Alı Mustafayev, Əbdülvahab Salamzadə küçələri, “20 Yanvar” dairəsi , Moskva və Tiflis proskeptləri, eləcə də Bakı-Sumqayıt şosesi “20 Yanvar” metrostansiyası istiqamətlərində sıxlıq müşahidə olunur.
Hazırda polis əməkdaşları tərəfindən müxtəlif istiqamətlər üzrə sıxlığın aradan qaldırılması üçün tədbirlər görülür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: