Sizin reklam burada728x90
Son dəqiqə:
» » Bakıda güclü toz dumanı var

Bakıda güclü toz dumanı var

27.07.2026, 10:20 Sosial Çap et

Bakının Qaradağ rayonunda güclü toz dumanı müşahidə olunur.
sedanevs.az xəbər verir ki, Qaradağ rayonu ərazisində, əsasən Qobustan qəsəbəsindən Bakı istiqamətində güclü tozlu külək müşahidə edilir.
Toz dumanı səbəbindən avtomobil yollarında görünüş məsafəsi əhəmiyyətli dərəcədə azalıb ki, bu da sürücülər üçün təhlükə yaradır.
Sürücülərə sürət həddinə riayət etmələri, ara məsafəsini qorumaları və zərurət yarandıqda yaxın işıqları yandıraraq ehtiyatlı hərəkət etmələri tövsiyə olunur.