sedanews.az
sedanews.az

Magistraturaya ixtisas seçimi üçün müddət uzadıldı

Bugün, 10:40







2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul üçün ixtisas seçiminin müddəti uzadılıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) yayılan məlumata görə, magistraturaya qəbul üzrə ixtisas seçimi bu gün saat 13:00-dək davam edəcək.
Məlumat üçün bildirək ki, bu gün saat 09:00-a olan məlumata əsasən, 15 633 bakalavr ixtisaslaşma seçimini təsdiqləyib. Onlardan 14 251 nəfər Azərbaycan bölməsi, 1 382 nəfər isə rus bölməsi üzrə seçim edib.

İxtisaslaşmasını hələ təsdiqləməyən və seçim etməyən namizədlər bunu 27 iyul saat 13:00-dək edə bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA