sedanews.az
sedanews.az

Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək

Bugün, 10:02


Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.
"Azəriqaz" İB Sumqayıt QİS-dən verilən məlumata görə, d57 mm-lik qaz xəttində sızmaların ləğv edilməsi ilə əlaqədar qəsəbə ərazisində bu gün saat 11:00-dan etibarən təmir işləri həyata keçiriləcək.
Bununla əlaqədar qəsəbədəki 1500 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
İşlər yekunlaşdıqdan sonra qazın verilişi bərpa ediləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA