sedanews.az
sedanews.az

Sabahın hava proqnozu: 37 dərəcə isti

Bugün, 15:51





Avqustun 13-də gözlənilən hava şəraitinin proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların intensiv və güclü olacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-37° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA