sedanews.az
sedanews.az

Bu universitetlərdə plan yerləri tam dolub - SİYAHI

Bugün, 14:00


2026/2027-ci tədris ili üzrə I mərhələdən sonra tələbə qəbulu aparılan 41 mülki ali təhsil müəssisəsindən 12-də plan yerləri tam dolub. .
Dövlət İmtahan Mərkəzindən (DİM)  bildirilib ki, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dillər Universiteti, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan İlahiyyat İnstitutu, Azərbaycan Kooperasiya Universiteti, “Azərbaycan” Universiteti, Bakı Avrasiya Universiteti, Bakı Biznes Universiteti və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında plan yerləri 100 faiz dolub.
Bundan əlavə, 20 ali təhsil müəssisəsində plan yerlərinin 95 faizindən, 5 ali təhsil müəssisəsində isə 90 faizindən çoxu dolub.
Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul olunanlar avqustun 28-dən sentyabrın 8-dək saat 18:00-dək elektron qaydada my.gov.az portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA