sedanews.az
sedanews.az

Azərbaycanın “Brend tələbə”ləri - SİYAHI

18-03-2025, 11:05


AzEdu.az Təhsil Portalı hər il ən aktiv və nümunəvi tələbələri müəyyənləşdirərək onların bacarıqlarını tanıtmaq, tələbələr arasında sağlam rəqabət mühiti yaratmaq və onları gələcək tələbələrə çatdırmaq məqsədilə son 3 ildir “Brend tələbə” layihəsini həyata keçirir.
 
sedanevs.az xəbər verir ki, bu çərçivədə 2024-2025-ci tədris ili üzrə “Brend tələbə”lərin siyahısı tərtib olunub.
 
Qeyd edək ki, “Brend tələbə”lər hər il ekspert komissiyasının hazırladığı meyarlar əsasında universitetlərlə birgə seçilir. Bu il 29 universitet layihədə iştirak edib.
 
Şərtlərə əsasən, hər universitetdə professor-müəllim heyətinin və tələbə kəsiminin xüsusi simpatiyasını qazanan, eləcə də müəyyən edilmiş meyarlara cavab verən 10 tələbə “Brend tələbə” adına layiq görülür.
 
MEYARLAR:
 
1. Milli məsələlər, dövlətçilik, Azərbaycançılıq  və Vətəndaşlıq  mövqeyinin prinsipial şəkildə qorunması, beynəlxalq arenada dövlətini bu göstəricilər əsasında təmsil etməsi;
2. Universitetə gətirdiyi yenilik, yeni çağırışlarla bağlı yanaşmaları;
3. Universitetin nüfuzunu yüksəldəcək ideyalarla çıxış etməsi;
4. Nəzəriyyə ilə paralel praktiki səviyyədə inkişaf, ixtisası üzrə istehsalat göstəriciləri;
5. Analitik qabiliyyəti, sosial aktivlik;
6. Xarici dil bilgisi, musiqi, idman bacarığı, dərsdənkənar aktiv məşğuliyyət və hobbilər;
7. Beynəlxalq tələbə proqramlarında iştirak və səmərəlilik;
8. Liderlik keyfiyyətləri və bunun praktiki tətbiqi;
9. Sosial mediada məqsədli və faydalı aktivlik dərəcəsi;
10. Mediaya açıq olması, müsahibə, reportaj, açıqlama vermə qabiliyyəti.
 
Universitetlər üzrə “Brend tələbə”lərin siyahısı ilə tanış olmaq üçün aşağıdakı linklərə keçid edə bilərsiniz.
 
Bakı Dövlət Universiteti
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Tibb Universiteti
Bakı Ali Neft Məktəbi
Dövlət İdarəçilik Akademiyası
Dövlət Gömrük Komitəsinin Akademiyası
Azərbaycan Dövlət Dəniz Akademiyası
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Azərbaycan Texniki Universiteti
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Bakı Slavyan Universiteti
Bakı Mühəndislik Universiteti
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Qarabağ Universiteti
Xəzər Universiteti 
Azərbaycan İlahiyyat İnstitutu
Azərbaycan Universiteti
Sumqayıt Dövlət Universiteti
Azərbaycan Dövlət Aqrar Universiteti
Mingəçevir Dövlət Universiteti
Lənkəran Dövlət Universiteti
Gəncə Dövlət Universiteti
Azərbaycan İdman Akademiyası
Azərbaycan Turizm və Menecment Universiteti
Bakı Avrasiya Universiteti
Azərbaycan Texnologiya Universiteti
Bakı Biznes Universiteti
Odlar Yurdu Universiteti






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA