sedanews.az
sedanews.az

Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 MİLYON MANAT AYRILDI

Bugün, 16:00


Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb.
sedanevs.az Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tərəfindən təsdiqlənib.
Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən “The Ritz-Carlton Baku” otelinə qədər olan 12 hektar ərazidə yeni istirahət parkının salınması işləri “Xezer-Construction” MMC-yə həvalə olunub.
Şirkətə görüləcək işlərlə bağlı ümumilikdə 35 mln 229 min 641 manat ödəniləcək.
Layihə çərçivəsində park ərazisində mövcud tikililərin, asfalt örtüyü və dəmir yolunun sökülməsi nəzərdə tutulur.
Qeyd edək ki, layihənin ilkin qiyməti 49 mln 440 min 118 manat olaraq müəyyənləşdirilmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA