sedanews.az
sedanews.az

Məktəbəhazırlıq qruplarında təhsil icbari deyil

Bugün, 11:21


Məktəbəhazırlıq qruplarında təhsil icbari xarakter daşımır.
sedanevs.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
“Məktəbəhazırlıq qruplarına uşaqların elektron sənəd qəbulu 2025-ci ilin iyun ayının 21-dən, Azərbaycan bölməsi üzrə məktəb seçimi Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələri istisna olmaqla digər rayon və şəhərlər üzrə iyul ayının 8-dən, Bakı şəhəri üzrə iyul ayının 9-dan, tədris digər dillərdə aparılan bölmələr üzrə isə ölkə üzrə iyul ayının 10-dan başlanılır. Məktəbəhazırlıq qruplarına qəbul sentyabr ayının 12-də yekunlaşır. Ümumi təhsil müəssisələrinə sənədlərin təqdim olunması 01 - 30 sentyabr 2025-ci il tarixləri arasında aparılacaq”,- məlumatda bildirilib.
Qeyd edilib ki, məktəbəhazırlıq qruplarında uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi aparılmır. Lakin tədris digər dillərdə aparılan I siniflərə qəbul zamanı şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün təşkil edilmiş müsahibədə iştirak mütləqdir.
Məlumata görə, prioritet Azərbaycan bölməsi üzrə Gəncə şəhərində yerləşən ümumi təhsil müəssisələrində 08 iyul – 22 iyul, Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrində 09 – 22 iyul tarixlərində, rus bölməsi üzrə Bakı və Gəncə şəhərində 10 iyul – 24 iyul tarixlərində tətbiq ediləcək. Həmin müəssisələrin siyahısı ilə linkə daxil olaraq tanış ola bilərsiniz. (//bit.ly/mhprioritet)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA