Sizin reklam burada728x90
Son dəqiqə:
» » Kəlbəcərə növbəti köç

Kəlbəcərə növbəti köç

15.09.2025, 10:00 Sosial Çap et

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
sedanevs.az AZƏRTAC-a istinadən xəbər verir ki, yenidən qurulan Kəlbəcər şəhərinə respublikanın müxtəlif yerlərindən, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb.
Bu mərhələdə Kəlbəcər şəhərinə 32 ailə - 139 nəfər köçürülüb.