Sizin reklam burada728x90
Son dəqiqə:
» » Masazırda işıq olmayacaq

Masazırda işıq olmayacaq

19.11.2025, 10:29 Sosial Çap et



Bu gün elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 10 kV-luq hava xətdində təmir işləri aparılacaq.
Bu barədə  "Azərişıq" ASC-dən məlumat yayılıb.
Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Masazır qəsəbəsi Sabir Rüstəmxanlı, Alı Mustafayev, Əliağa Vahid küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.