sedanews.az
sedanews.az

Ekspert: Türkiyə bu ölkənin taleyini dəyişdi

4-06-2020, 11:19 2 048 dəfə baxılıb

Ekspert: Türkiyə bu ölkənin taleyini dəyişdi 

                
Mövcud siyasi proseslər bir daha onu göstərdi ki, istər Suriya, istərsə də Liviyada hər hansı bir qalıcı sülhün əldə edilməsi üçün Türkiyə faktoru nəzərə alınmalıdır. Yəni Türkiyənin regionda maraqlarını görməzdən gəlmək olmaz.
Bu sözləri Axar.az-a açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun rəsmi Ankaranın Liviyada gedişatı müəyyənləşdirməsi haqda açıqlamasını şərh edərkən deyib. O bildirib ki, Çavuşoğlunun bu açıqlaması yerində verilən bir bəyanatdır:
"Həqiqətən də Haftar xarici qüvvələrin dəstəyi nəticəsində keçici bir üstünlük əldə etmişdi. Mən bundan öncə də dəfələrlə bu üstünlüyün keçici olduğunu demişdim. Hətta yanvar ayında mətbuatda Haftarın Liviyanın 80 faizinə nəzarət etməsi ilə bağlı xəbərlər verilərkən də bunun nisbi üstünlük olduğu bəlli idi. Mövcud vəziyyət bir daha onu göstərdi ki, Haftar müttəfiqləri olmadan Liviyada heç bir gücə sahib deyil. Bu gün müttəfiqlərindən lazımi dəstək ala bilməyən Haftar tədricən geriləməyə başlayıb".
Ekspert bildirib ki, Haftar tamamilə məğlub olmayıb:
"Haftarın mövcud vəziyyəti nə qədər ağır olsa da, onu siyasi səhnədən silmək hələ tezdir. Yəni mövcud vəziyyətdə Haftarın Liviya siyasətindən belə asan getməsi real səslənmir. Çünki Liviya kifayət qədər strateji və bir o qədər də təbii sərvətlərlə zəngin ölkədir. Tarix boyu bu ölkə böyük güclərin maraq dairəsində olub, olmağa davam edəcək. Bu mənada Haftardan istifadə etmək istəyən qüvvələr hələ tam ondan üz döndərməyib".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA