Sizin reklam burada728x90
Son dəqiqə:
» » İpoteka və Kredit Zəmanət Fondu gələn il büdcədən 89 milyon manat alacaq

İpoteka və Kredit Zəmanət Fondu gələn il büdcədən 89 milyon manat alacaq

04.11.2026, 11:20 3 İqtisadiyyat Çap et

Gələn il Azərbaycanın dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılmasına bu illə müqayisədə 4,7 % çox - 89 milyon manat vəsait nəzərdə tutulub.
Sedanews.az xəbər verir ki, bu, 2027-ci ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.
"Bu vəsait əhalinin mənzilə tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi üçün əlavə imkanlar yaradacaq", - deyə büdcə zərfində qeyd olunub.
Bununla yanaşı, gələn il Fond büdcədən sahibkarların banklardan manatla aldığı kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi üçün vəsait almayacaq (bu il bu məqsədlə 15 milyon manat ayrılıb). Bu il iyunun 9-da Prezident İlham Əliyev sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, Fondun kreditlərə təminat verilməsi və həmin kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi ilə bağlı səlahiyyətləri İqtisadiyyat Nazirliyinin tabeliyində "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC-yə həvalə edilib.