sedanews.az
sedanews.az

Azərbaycan 4 milyonluq ordu yığa bilər - Hərbi ekspert

15-10-2020, 11:04 528 dəfə baxılıb

Azərbaycan 4 milyonluq ordu yığa bilər - Hərbi ekspert

Sentyabrın 27-dən erməni təxribatları ilə başlayan döyüşlərdə bu günə kimi Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrini çökdürüb.
Axar.az xəbər verir ki, bunu Trend-ə hərbi ekspert Üzeyir Cəfərov deyib.
Ü.Cəfərov bildirib ki, düşmən xeyli sayda canlı qüvvə və hərbi texnika itirib:
“İndi gizlənib Azərbaycanın mülki əhalisini atəşə tuturlar. Ancaq bunun da heç bir nəticəsi olmayacaq, yaxın günlərdə biz Ermənistanın çökməsinin şahidi olacağıq.
Artıq bütün cəbhə böyü üstünlük Azərbaycan ordusunun əlindədir. Azərbaycan ordusunun kifayət qədər şəxsi heyəti, silah-sursatı var. Ermənilər indi sayaqlayırlar ki, guya Azərbaycan muzdlulardan istifadə edir. Azərbaycanın muzdlulara ehtiyacı yoxdur, çünki Azərbaycan əhalisinin 4 milyonu silah tutmaq gücündədir və lazım gələrsə, onlar hamısı döyüşə gedə bilər.
Ermənistanda heç 2.5 milyon əhali yoxdur və onun da yarısı ölkədən qaçmaq haqqında düşünür. Bu gün Ermənistan mülki təyyarələrlə silah gətirməyə çalışır. Ancaq bunun heç bir əhəmiyyəti yoxdur. Deyilənə görə 20 reysdə silah gətiriblər. O silahlar nə verəcək ermənilərə? 20 reyslə heç bir artilleriya alayının normal təminatını həyata keçirmək mümkün olmaz. Bu dəfə onlar layiqli cavablarını alırlar”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA