Sizin reklam burada728x90
Son dəqiqə:
» » Valideynlərə XƏBƏRDARLIQ: Xəstəlik geniş yayılıb

Valideynlərə XƏBƏRDARLIQ: Xəstəlik geniş yayılıb

13.10.2021, 13:17 Gündəm Çap et
Valideynlərə XƏBƏRDARLIQ: Xəstəlik geniş yayılıb

Son günlər uşaqlar arasında qızdırma, qusma, ishal, halsızlıq, boğaz ağrısı kimi əlamətlərlə müşayiət olunan respirator xəstəlik geniş yayılıb.
“Xəzər Xəbər”ə danışan ekspert-mütəxəssis Erkin Rəhimov deyib ki, bu əlamətlərlə xəstəxanalara müraciət edənlərin sayında artım müşahidə olunur.
O qeyd edib ki, viruslar adətən havalar soyuyanda aktivləşir.
E.Rəhimov əlavə edib ki, məktəb və bağçalar açıldığından xəstəlik daha geniş vüsət alıb. Onun sözlərinə görə, bu dönəmdə uşaqlar arasında ciddi şikayətlər olarsa, onlardan COVID-19-a görə PCR testi götürülməlidir.
Baş pediatr övladlarını ev şəraitində müalicə etməyə çalışan valideynlərə xəbərdarlıq edib. O qeyd edib ki, reseptsiz qəbul edilən dərmanlar uşaqların səhhətində ciddi fəsadlara yol aça bilər.
Erkin Rəhimov əlavə edib ki, valideynlər uşaqlarını qripə qarşı peyvənd etdirməklə də viruslardan qoruya bilərlər.