sedanews.az
sedanews.az

149-saylı BAĞÇADA LAQEYDİLİK VƏ KÖLGƏDƏ QALAN MƏSULİYYƏT: UŞAQLARIN SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDADIR

Bugün, 11:27


Valideynlərin etibar etdiyi məktəbəqədər təhsil müəssisələrində hansı vəziyyət hökm sürür? Bağçaların şəraiti uşaqların sağlamlığına uyğun standartlara cavab verirmi? Təəssüf ki, bəzi bağçalarda vəziyyət ürəkaçan deyil. Mənbənin verdiyi məlumata əsasən, Şəkərova Nurəngiz Vaqif qızının rəhbərlik etdiyi Suraxanı rayonu 149-saylı uşaq bağçasında ciddi gigiyena və idarəetmə problemləri müşahidə olunur. Bağçada təmizlik işləri aparılmır, köhnə və yeni zibillər yığılaraq qalaqlanıb, məkanın ümumi vəziyyəti isə uşaqların sağlamlığı üçün təhlükəlidir.
Bağçanın rəhbərliyindən məsələ ilə bağlı açıqlama almaq cəhdi nəticəsiz qaldı.  O, rəsmi cavab verməkdən imtina etdi və diqqətçəkən bir ifadə işətdi :
"Əmim Əli müəllim deyib, mətbuatdan heç kimi qəbul etmə."
Bu cümlə bir sıra suallar yaradır: Bağça müdiri kimdən göstəriş alır? Jurnalistlərə açıqlama verməmək üçün ona kim və niyə tapşırıq verib?
DÖVLƏT BAĞÇASI YOXSA ŞƏXSİ MÜLK?
Məlum olduğu kimi, bağçalar dövlətin nəzarətindədir və ictimaiyyətə qarşı hesabatlı olmalıdır. Bu cür müəssisələrin fəaliyyəti şəffaflıq prinsiplərinə uyğun təşkil edilməlidir. Əgər bağçanın müdiri mətbuata açıqlama verməkdən imtina edirsə, idarəçiliyin qeyri-şəffaf olduğunu göstərən bəyanatlar səsləndirirsə, bu, dövlətin təhsil sistemindəki problemlərin bir göstəricisidir.
Valideynlərin və jurnalistlərin bağçadakı vəziyyət barədə məlumat almaq haqqı var. Lakin görünən odur ki, bəzi şəxslər öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, məsuliyyətdən yayınmağa çalışırlar.
BAĞÇADAKI ANTİSANİTARİYA UŞAQLAR  ÜÇÜN NƏ DEMƏKDIR?
Məktəbəqədər təhsil müəssisələrində gigiyena qaydalarına ciddi əməl olunmalıdır. Çünki uşaqların immun sistemi hələ tam formalaşmadığından, antisanitariya mühiti müxtəlif xəstəliklərin yayılmasına səbəb ola bilər. Gigiyenik qaydalara əməl olunmayan bağçalarda körpələr virus və bakterial infeksiyalara yoluxa bilər və uşaqlar hava-damcı yolu ilə yayılan xəstəliklərə daha həssas olurlar. Gənə, milçək və digər həşəratların yaratdığı təhlükələrlə qarşılaşırlar.
Bu cür problemlər dövlət tərəfindən nəzarətdə saxlanmalı, aidiyyəti qurumlar gigiyena və təmizliklə bağlı vəziyyəti yoxlamalıdır.
Jurnalistlərin qarşısının alınması və mətbuata açıqlama verməkdən imtina edilməsi hüquqi cəhətdən də narahatlıq doğurur. Azərbaycan Konstitusiyasına görə, jurnalistlər informasiya əldə etmək və ictimai əhəmiyyət daşıyan məsələləri işıqlandırmaq hüququna malikdirlər. Bağça rəhbərliyinin şəffaflıqdan qaçması və "yuxarıdan göstəriş" olduğunu iddia etməsi qanunvericiliyin pozulmasına işarə edir.
Bu məsələ təkcə jurnalistlərin problemi deyil. Valideynlər, vətəndaş cəmiyyəti fəalları və müvafiq dövlət qurumları bu tip hallara biganə yanaşmamalıdır. Hər bir valideyn uşağının sağlam mühitdə tərbiyə almasını istəyir. Əgər bağçalar bu kimi laqeyd münasibətlə idarə olunarsa, gələcəkdə daha ciddi fəsadlarla qarşılaşa bilərik.
Təhsil Nazirliyi və digər aidiyyəti qurumlar məsələyə müdaxilə etməlidir. Bağçada sanitar-gigiyenik normaların pozulması ilə bağlı araşdırma aparılmalıdır.
Bağça müdiri hesabat verməlidir. Dövlət müəssisəsi olduğu üçün rəhbərlik cəmiyyətə və jurnalistlərə cavab verməyə borcludur.
Valideynlər birgə hərəkət etməlidir. Bağçanın şəraitindən narazı olan valideynlər aidiyyəti qurumlara rəsmi müraciət göndərməlidir.
İctimai qınaq gücləndirilməlidir. Sosial şəbəkələr və media bu kimi məsələlərin üzərinə getməli və onları işıqlandırmalıdır.
Bağçalar uşaqlar üçün təhlükəsiz və sağlam bir mühit yaratmalı, valideynlərin etibar etdiyi müəssisələr olmalıdır. Lakin bəzi bağçalarda müşahidə olunan laqeyd münasibət cəmiyyətin haqlı narazılığına səbəb olur. Vəzifədən sui-istifadə edilməsi, şəffaflığın olmaması və sanitariya qaydalarının pozulması dözümsüz qarşılanmalıdır.
Dövlət və cəmiyyət birlikdə hərəkət etməsə, bu cür halların qarşısını almaq çətin olacaq. Bağça müdiri kimi vəzifəli şəxslərin məsuliyyətdən yayınması isə daha böyük problemlərə yol aça bilər.
Hər kəsin hüququ var ki, övladının sağlam şəraitdə böyüməsini tələb etsin! 
Sonunda isə baxçaya aid olan suallarımızı  təhsil naziri Emin Əmrullayevə, həm Qida Təhlükəsizliyi Agentliyinə həmdə baxçanın müdiri Nurəngiz Şəkərovaya ünvanlayırıq 

  1. Bağçada tədris olunan proqram hansı metodologiya əsasında qurulub?
  2. Uşaqların fərdi inkişafına nə dərəcədə diqqət yetirilir?
  3. Valideynlər övladlarının tərbiyəsi və təhsili barədə necə məlumat ala bilirlər?
  4. Bağça tərbiyəçiləri hansı ixtisas və sertifikasiyalara malikdirlər?
  5. Uşaqların təhlükəsizliyi necə təmin edilir? (Məsələn, kameralar, giriş-çıxış nəzarəti)
  6. Təcili tibbi yardım hallarında bağçanın tədbirlər planı varmı?
  7. Uşaqların bağçadan icazəsiz çıxmasının qarşısını almaq üçün hansı sistemlər mövcuddur?
  8. Uşaqlara təqdim olunan yeməklər necə hazırlanır və onların keyfiyyəti necə yoxlanılır?
  9. Qida rasionu uşaqların sağlamlığı və inkişafı üçün balanslıdırmı?
  10. Bağçanın sanitariya və gigiyena şəraiti hansı standartlara uyğundur?
  11. Uşaqlarla ünsiyyətdə müəllimlərin yanaşması necədir? Onların psixoloji hazırlığı varmı?
  12. Valideynlər müəllimlərin davranışlarından narazıdırsa, bunu necə həll edə bilərlər?
  13. Bağçada fiziki və psixoloji zorakılığın qarşısını almaq üçün hansı tədbirlər görülür?
  14. Uşaqların oynamaq və inkişaf etmək üçün yetərli avadanlıq və oyun meydançaları varmı?
  15. Otaqların istilik və havalandırma sistemi uşaqlar üçün yetərli və təhlükəsizdirmi?
  16. Uşaq yataqları və digər avadanlıqlar gigiyenik standartlara cavab verirmi?            


Qarşı tərəfində mövqeyin dinləməyə hazırıq

Afət Məmmədova












Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA