sedanews.az
sedanews.az

Şuşalılar evlərini görüb dəhşətə gəldilər - Video

28-01-2022, 11:28

              Şuşalılar evlərini görüb dəhşətə gəldilər - Video




Şuşaya avtobus reyslərinin açılması ilə öz ata-baba yurdunu ziyarət edənlərdən biri də 1992-ci ilin mayında şəhərdən sonuncu çıxan sakinlərdən olan Kamil Rüstəmovdur.
 Baku TV xəbər verir ki, K.Rüstəmov Şuşasız keçən illərin çətinliyindən danışıb.
“35 yaşımda çıxıb, 65 yaşımda geri gəlmişəm. Bu boş divarlar belə mənə xoşdur. Çünki gəncliyim burada keçib”, - o bildirib.
Şuşaya səfər edən ilk sərnişinlər arasında daha bir şuşalı Elmira Şəfiyevadır. Onun yaşadığı evdən əsər-əlamət qalmayıb.
“Uşaqlığım keçən evi bu vəziyyətdə görmək mənə çox ağır gəldi. Heç vaxt bu mənzərə ilə qarşılaşacağımı təsəvvürümə belə gətirməzdim”, - deyə Şuşa sakini qeyd edib.
Daha ətraflı süjetdə:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA